TEZ-TEZ VERİLƏN SUALLAR

Türkiyədən nə Sifariş edə Bilərəm?
Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq fiziki şəxslər üçün rüsumsuz limit otuz təqvim günü ərzində 1000 ABŞ dolları təşkil edir. (Kommersiya məqsədi olmadan)
Azərbaycan Respublikasına fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsilə alınması qadağan olunmuş mallar

Yivli odlu silah növləri, döyüş sursatı (ov silahları üçün sursatlar istisna edilməklə), hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika.

Radioaktiv maddələr.

Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat.

Əxlaq pozğunluğunu, zorakılığını, terrorizmi təbliğ və reklam edən materiallar.

Narkotik, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar.

Canlı heyvanlar

Bitki və toxumlar

Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika.

Xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat.

Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri.

Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr.

Xammal şəklində olan qiymətli metallar və qiymətli qaşlar.

Necə Sifariş Edim ?
Siz bizim saytımızda qeydiyyatdan keçməklə bizim türkiyə ofisimizin ünvanını əldə edirsiniz. Və bundan sonra istənilən türk saytından sifariş edərkən ünvan hissəsində bizim saytımızdan əldə etdiyiniz ünvanı qeyd edərək sifarişinizi tamamlayırsınız. Satıcı firma sizin sifarişinizi bizim türkiyə ofisimizə çatdırır. Və biz təhvil aldığımız sifarişinizi azərbaycana gətiririk.
Azərbaycan kartlarını qəbul etməyən saytlardan necə sifariş edə bilərəm ?
Əgər plastik kartınız yoxdursa və ya kartınızla türk saytlarında ödəmə edə bilmirsinizsə biz sizə kömək edərik. Belə ki, siz bəyəndiyiniz məhsulun linkini saytımızdaki "Sifariş et" bölməsindən bizə göndərirsiniz. Bundan sonra əməkdaşlarımız sizinlə əlaqə saxlayıb sizə ətraflı məlumat verirlər və sizin razılığınızdan sonra sifarişinizi həyata keçiririk.
Ödəməni necə edirəm ?
Ödəmələri saytımızdaki "Balans" bölməsindən hər hansı bir plastik kart vasitəsi ilə online olaraq ödəyə bilərsiniz. Və ya ofisimizə yaxınlaşaraq nağd ödəniş edə bilərsiniz.
Sifarişim neçə günə çatdırılır ?
Çatdırılma müddəti sifariş verdiyiniz Türk saytından asılıdır. İstehsalçı marka saytlarında (LcWaikiki, Defacto, Koton, İpekyol və s.) o cümlədən yeni sezon malları satılan saytlarda (Zizigo, Modagram və s.) bu müddət 3-7 gün olur. Həftə sonları və rəsmi bayram günləri çatdırılma müddətini uzada bilər. Satıcı firma sizin sifarişinizi bizim türkiyə ofisimizə çatdırdıqdan sonra ən gec halda 5 gün sonra bakıda olur.
Türkiyə ünvanını necə əldə edə bilərəm ?
Türkiyə ünvanımızı əldə etmək üçün saytımızdan qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan keçdiyiniz mail adresinizi və şifrənizi yazaraq sistemə daxil olduqdan sonra türkiyə ofisimizin ünvanı əks olunacaq
Aldığım məhsulu geri qaytara bilərəm ?
Məhsul geri qaytarmaq və dəyişdirmək üçün satıcı firma ilə əlaqə yaradın. Məhsul geri qaytarılması və dəyişdirilməsi satıcı firma ilə sizin aranızda olur və mover.az belə hallarda heç bir məhsuliyyət daşımır.
Çatdırılma haqqı necə hesablanır ?
Sifariş olunan bağlamanın çatdırılma haqqı çəkiyə görə hesablanır. Əgər bağlamanın həcmi çəkisi fiziki çəkisindən böyükdürsə, beynəlxalq yükdaşıma standartlarına uyğun olaraq həcmi çəkisinə görə ödəniş tələb olunur. Həcmi çəkinin hesablanması üçün en*hündürlük*uzunluq/6000 standartı tətbiq edilir.
Top