For more information: phone number +012 409 88 88 and e-mail info@mover.az

REGISTRATION
TEZ-TEZ VERİLƏN SUALLAR
Siz bizim saytımızda qeydiyyatdan keçməklə bizim türkiyə ofisimizin ünvanını əldə edirsiniz. Və bundan sonra istənilən türk saytından sifariş edərkən ünvan hissəsində bizim saytımızdan əldə etdiyiniz ünvanı qeyd edərək sifarişinizi tamamlayırsınız. Satıcı firma sizin sifarişinizi bizim türkiyə ofisimizə çatdırır. Və biz təhvil aldığımız sifarişinizi azərbaycana gətiririk.
Əgər plastik kartınız yoxdursa və ya kartınızla türk saytlarında ödəmə edə bilmirsinizsə biz sizə kömək edərik. Belə ki, siz bəyəndiyiniz məhsulun linkini saytımızdaki "Sifariş et" bölməsindən bizə göndərirsiniz. Bundan sonra əməkdaşlarımız sizinlə əlaqə saxlayıb sizə ətraflı məlumat verirlər və sizin razılığınızdan sonra sifarişinizi həyata keçiririk.
Ödəmələri saytımızdaki "Balans" bölməsindən hər hansı bir plastik kart vasitəsi ilə online olaraq ödəyə bilərsiniz. Və ya ofisimizə yaxınlaşaraq nağd ödəniş edə bilərsiniz.
Çatdırılma müddəti sifariş verdiyiniz Türk saytından asılıdır. İstehsalçı marka saytlarında (LcWaikiki, Defacto, Koton, İpekyol və s.) o cümlədən yeni sezon malları satılan saytlarda (Zizigo, Modagram və s.) bu müddət 3-7 gün olur. Həftə sonları və rəsmi bayram günləri çatdırılma müddətini uzada bilər. Satıcı firma sizin sifarişinizi bizim türkiyə ofisimizə çatdırdıqdan sonra ən gec halda 5 gün sonra bakıda olur.
Türkiyə ünvanımızı əldə etmək üçün saytımızdan qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan keçdiyiniz mail adresinizi və şifrənizi yazaraq sistemə daxil olduqdan sonra türkiyə ofisimizin ünvanı əks olunacaq
Məhsul geri qaytarmaq və dəyişdirmək üçün satıcı firma ilə əlaqə yaradın. Məhsul geri qaytarılması və dəyişdirilməsi satıcı firma ilə sizin aranızda olur və mover.az belə hallarda heç bir məhsuliyyət daşımır.
Sifariş olunan bağlamanın çatdırılma haqqı çəkiyə görə hesablanır. Əgər bağlamanın həcmi çəkisi fiziki çəkisindən böyükdürsə, beynəlxalq yükdaşıma standartlarına uyğun olaraq həcmi çəkisinə görə ödəniş tələb olunur. Həcmi çəkinin hesablanması üçün en*hündürlük*uzunluq/6000 standartı tətbiq edilir.